Drag

Haqqında

img not found
100

İL

Ümummilli Lider

Heydər Əliyev

100 il öncə 1923-cü il may ayının 10-da Azərbaycan Respublikasının dövlətçiliyi, inkişafı və xalqın müstəqillik mübarizəsində müstəsna rolu olan, adı sağlığında belə əfsanəyə çevrilən dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev anadan olub. Heydər Əliyevin adı olduqca istedadlı dünya siyasətçiləri arasında anılırdı. Ömrünü xalqının inkişafına, Vətəninin çiçəklənməsinə həsr edən Ulu Öndərin uzaqgörən fikirləri xalqın qəlbinə yol tapmış, məhz buna görə də kiçikdən-böyüyə hamının sevimli liderinə çevrilmişdi.

O, xalqın hər bir nümayəndəsi üçün təkcə siyasətçi və prezident kimi sevilmirdi, ona dahi şəxsiyyət kimi heyran qalır və hörmət bəsləyirdilər...... daha ətraflı

Videolar

daha ətraflı

Fotolar

daha ətraflı

Məqalələr, Müsahibələr, Kitablar

daha ətraflı

Məşhurların Fikirləri

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Süleyman DƏMİRƏL

Türkiyənin 9-cu prezidenti

Corc BUŞ

ABŞ-ın prezidenti

Jak ŞİRAK

Fransa Respublikasının eks prezidenti

Henri KİSSİNCER

ABŞ-ın keçmiş dövlət katibi, məşhur ictimai-siyasi xadim

Toni BLEYER

Böyük Britaniyanın eks baş naziri

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

"Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir ...Azərbaycan xalqı ölkəmiz üçün həlledici məqamda bir yumruq kimi birləşdi və Heydər Əliyevin ideyalarına, onun siyasətinə, onun dünya baxışlarına, onun fəlsəfəsinə sadiqliyini bir daha göstərdi. Bu, çox vacib məsələdir. Heydər Əliyev bu gün bizimlə deyil, amma onun siyasəti yaşayır, onun fəlsəfəsi yaşayır, onun yaratdığı müasir, müstəqil Azərbaycan yaşayır və bundan sonra da yaşayacaqdır."

O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən üstün tuturdu. Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası onun müqəddəs arzusu reallaşıb – bizim 30 ilə yaxın işğal altında olmuş torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilib. Dahi lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Süleyman DƏMİRƏL

Türkiyənin 9-cu prezidenti

Azərbaycanı çox çətin şəraitdə idarə etməyə və hamımızın yaxşı bildiyimiz, mənim də yaxından bildiyim məhrumiyyətlərə baxmayaraq, Azərbaycan xalqının əhvali-ruhiyyəsini yüksək tutmağa və Azərbaycanın ən qısa bir zamanda bütün qurumları ilə öz milli dövlətini yaratmağa nail olması və onun Qafqazın ən zəngin dövlətlərindən birinə çevrilməsi, dünyaya bu nəzərlə baxa bilməsi üçün göstərdiyi səylərə görə əziz qardaşım Heydər Əliyevi alqışlayıram Hörmətli Heydər Əliyev şübhəsiz ki, XX əsrdə iz qoymuş şəxsiyyətlər arasında haqlı yerini uzun illər bundan öncə almış dövlət və siyasət adamıdır. Əsasən XX əsrin iki super gücündən biri olan Sovetlər Birliyinin tarixini yazarkən hörmətli Heydər Əliyevdən bəhs etmədən ötüşmək mümkün deyildir Hörmətli Heydər Əliyev Sovetlər Birliyi dövründə Azərbaycanın çiçəklənən respublikaya çevrilməsi üçün uzun illər boyunca böyük fədakarlıqla çalışmış, ölkəsinin haqq və nüfuzunu qorumağa səylər göstərmişdir.

Corc BUŞ

ABŞ-ın prezidenti

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin qorunub saxlanmasında böyük əhəmiyyət kəsb etmişdir. Eyni zamanda onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.

Jak ŞİRAK

Fransa Respublikasının eks prezidenti

Azərbaycanın Avropa ölkələri ailəsində özünəlayiq yer tutmasını, böyük təcrübəyə malik, şöhrətli dövlət xadimi Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin gözəl bəhrəsi kimi dəyərləndirirəm. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, bu ölkədə insan haqlarının qorunması, demokratiyanın möhkəmlənməsi, daim inkişafda olması məhz Heydər Əliyevin siyasətinin nəticəsidir. ... Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir. ... Prezident Heydər Əliyevi Parisdə qəbul etmək mənim üçün böyük sevincdir. Çoxdandır ki, bizim aramızda qarşılıqlı dostluq münasibətlərindən də artıq əlaqələr yaranmışdır. Mən prezident Heydər Əliyevə dərin hörmət bəsləyirəm.

Azərbaycan prezidentinin Qafqazda atdığı addımları Birləşmiş Ştatlarda diqqətlə izləyirlər. Azərbaycan çox mürəkkəb coğrafi-siyasi məkanda yerləşən dövlətdir. ABŞ və Qərb ölkələri ilə əlaqələri inkişaf etdirməyi, bazar iqtisadiyyatının və demokratiyanın bərqərar olması üçün əzmlə çalışmağı qarşısına məqsəd qoyan prezident Heydər Əliyevin fəaliyyəti təqdirəlayiqdir. Heydər Əliyev müstəqilliyi qoruyub saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə aparır.

Toni BLEYER

Böyük Britaniyanın eks baş naziri

Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxşılaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, iqamətgahında bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.

Heydər Əliyev xatirələrdə

daha ətraflı

Xəbərlər

daha ətraflı
img not found
12 Dekabr 2024

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür....

img not found
15 Oktyabr 2023

İlham Əliyev: “Biz Heydər Əliyevin 100 illiyini onun siyasətinə, tarixi irsinə hörmət göstərərək qeyd edirik”

“Mən ulu öndərin ad gününü (100 illiyini – red.) Şuşada keçirdim. Onun 50 illiyini mən yaxşı xatırlayıram....

img not found
23 Yanvar 2023

"Heydər Əliyev ili" çərçivəsində yeni layihəyə start verilir

Mədəniyyət Nazirliyi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Mədəniyyətə bağlı ömür” layihəsinə start verir...

Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr edilir. Ruhunuz şad olsun, DAHİ!